adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2023 12:37
249
DÜNYA

Finlandiya NATO-ya daxil olacaqları vaxtı açıqladı

Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto alyansa üzv olmaq üçün vaxtın müəyyənləşdirilməsi niyyətlərini açıqlayaraq bildirib ki, İsveç və Finlandiya, yayda NATO-ya üzvülüyə qəbul olunmalıdırlar.

"Mən yenə də, iyulada Vilnüsdə keçirilən sammitdə hər iki dövlətin NATO-ya üzv qəbul olunacağına inanıram"- deyə nazir bildirib.

Xaavistonun sözlərinə görə, Stokolm və Helsinski potensal tərəfdaş olmaqla, təhlükəsizluklərini təmin etmək üçün alyansa əl-ələ tutaraq qoşulmalıdırlar. Bununla bağlı, o, ABŞ, Böyük Britaniya və NATO-nun digər üzvülərinə, təhlükəsizluklərinə təminat verdiklərinə görə, təşəkkürünü bildirib.

Lakin, Finlandiyanın xarici işlər naziri yaddan çıxarır ki, NATO-nun ikinci əsas qüvvəsi olan Türkiyə, İsveçin alyansa qəbul olunmasına razılıq verməyəcək. Səbəb isə, söz vetmələrinə baxmayaraq, İsveçin hələ də terrorçulara dəstək verməsi, Türkiyənin Stokolmdakı səfirliyinin qarşısında müqəddəs Qurani Kərimin polisin nəzarəti altında yandırılmasıdır.

İndi, Xaavistonun əminliklə, "İsveçlə birlikdə alyansa üzv olacağıq" bəyanatını verməsi başa düşülmür. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan təklif edib ki, Finlandiya İsveçlə birlikdə verdiyi ərizəni geri çağırıb, özü üzvülüklə bağlı ərizə ilə ilə müraciət edərsə, Türkiyə bunu dəstəkləyə bilər. Çünki, İsveçin NATO-ya qəbul olunmasına Türkiyə tərəfindən veto qoyulacaq və bu da Alyansın qapılarını İsveçin üzünə bağlayacaq.

 

Rüstəm Hacıyev