adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Yanvar 2023 18:30
662
MƏDƏNİYYƏT

Fox TV-nin yalnışlığı - Zaur Əliyev yazır

Fox TV də yeni serial başlayıb. Doqquz Oğuz...Filmdə Atatürklə yanaşı Elçibəy və Rəsulzadənin fotolarının olması adamı sevindirir. Qürur verir. Demək Elçibəy və Rəsulzadənin gördüyü işlər hələ də unudulmayıb. Amma....

Hörmətli ssenaristlər və rejissorlar. 44 günlük müharibədə Azərbaycan ordusunun ali baş komandanı İlham Əliyev idi, Azərbaycana ən böyük dəstəyi verən Ərdoğan idi. İstər Türkiyə və istər də Azərbaycanda iqtidar və müxalifət Qarabağın azad olunmasında bu iki liderin rolunu müzakirə etmir, bunu qəbul edir. Bu iki liderin də şəkilləri orda olmalı idi...

Keçək digər səhvlərə

Əziz FOXTv Qarabağda stepanekert deyilən yer yoxdur. Ora tarixən XANKƏNDİ olub və hər zaman da belə olacaq...Eyni zamanda İvanyan adlı yer də yoxdur. Ora XOCALIdır. Yüzlərlə günahsız insanın soyqırıma məruz qaldığı Xocalı...Bunu bu cürə vermək Azərbaycan üçün təhqirdir...

Və təkrar təkrar deyirik. Şuşi yox ŞUŞA..

ŞUŞA ŞUŞA ŞUŞA

Berdzor yox LAÇIN LAÇIN LAÇIN

Xahiş edirik bu xəritəni kadrdan çıxarın. Bu seriala bütün Türk dünyası baxacaq, bu cürə Qarabağa qarşı səhvi onlar görməsin ..

Lap seriala, ssenariyə uyğun olaraq ermənilərdən ələ keçirilən xəritə belə olsa da onu serialda verməyin..Bunu biz artıq 3 ildir silmişik..İzah edim : nə cürə anlamı olursa olsun bu xəritə orda yüz illər qalacaq və seriala baxan 20 ildən sonra türklər elə biləcək ki, Qarabağı biz "işğal" edib adını dəyişmişik..

Ermənilər üçün bilirsən necə "faktdır" bu

Dünyaya Qarabağı öz xəritəmizlə təqdim edin..