adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2023 11:36
272
DÜNYA

Fransa müxalifətinin təşəbbüsü rədd edildi

Fransa parlamentində müxalif deputatların pensiya reformalarının aparılması barədə hazırladığı qanun layihəsinin ləğv edilməsi ilə bağlı cəhdləri boşa çıxıb.

 Müxalifətin reformalarla bağlı qanun layihəsinə baxılmaması və debatların dayandırılması təklifi, solçu "Təslimolmaz Fransa" partiyasının deputatları tərəfindən etirazla qarşılanıb. Nəticədə bu təşəbbüsün leyhinə 243, əleyhinə isə 292 parlamentari səs verib.

  Xatırladırıq ki, 31 yanvar tarixində 3 milyona yaxın insan, Fransada pensiya peformalarına qarşı keçirilən  mitinqlərdə iştirak edib. 

 Daha əvvəl, Fransanın prezidenti Emanuel Makron bəyan edib ki, böhran şəraitində pensiya alanların  əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün çox çalışmaq lazımdır. O, əlavə edib ki, 2027-ci ilə qədər pensiyaların maliyələşdirilməsinə 10-12 milyard avro vəsait lazım gələcək.

 Rüstəm Hacıyev