27 Sentyabr 2024 13:17
102
DÜNYA

Fransalı səfirin  "təziyə" paylaşımındakı "incik" çalarlar: Paşinyandan inciyib?

Fransanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri , azərbaycanofob Olivier Dekotini deyəsən, Türkiyə lideri və Ermənistan baş nazirinin görüşündən bir o qədər məmnun qalmayıb.


Adalet.az xəbər verir ki, fransalı səfir X- sosial şəbəkə səhifəsində 44 günlük müharibənin 4-cü ildönümü ilə paylaşım edib:

“Dörd il əvvəl, 2020-ci ildə 27 sentyabrda 44 günlük müharibə başladı. Həlak olan əsgərlər, onların ailələri və dostlarının yanındayıq”.
Əslində o “erməni xalqı və Ermənistan dövləti ilə” kəlməsini işlətməli olduğu halda niyə məhz döyüşdə “ölən əsgərlərin və onların valideynlərinin” adını çəkdiyi bəlli deyil.

Sosial şəbəkə istifadəçiləri isə düşünür ki, Paşinyan “düşmən”lə (Ərdoğan nəzərdə tutulur- red-ƏR.)dialoqa girdiyi üçün, Fransa Ermənistan hakimiyyətindən inciyib.
Qeyd edək ki, Oliver Dekotini 2024-cü il mayın 8-də “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində də Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia etməklə səfir bölgədə planlaşdırdıqları təxribatların anonsunu vermişdi. Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi isə bizdə qəzəb hissi yaratmışdı. Halbuki hamımıza ağahdır ki, Dekotini Ermənistanın mövqeyini ifadə edir.


Əntiqə Rəşid