adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Dekabr 2021 13:02
991
ŞOU-BİZNES

"Fuad Əlişova 20 min dollar verdim" - Roza

"Fuad Əlişova 2010-cu ildə 20 min dollar pul verdim. "Mənimlə mənsiz" mahnısına klip çəkirdik. Orada 6 saat yarım asılı qaldım".

 

Adalet.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Səhər mərkəzi" proqramında deyib. Sənətçi illər əvvəl rejissor Fuad Əlişova çəkdirdiyi klipin məbləğini açıqlayıb. Roza türkiyəli ifaçı Ajda Pekkanın sonuncu klipdə asılı vəziyyətdə qalması məsələsinə toxunub:

 

"Mən o yaşda asılı qaldıqdan sonra bir həftə əziyyət çəkdim. Ajda Pekkanın bu yaşda necə olacağını təsəvvür edin".

 

Roza Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan bəhs edib. İfaçı bədən quruluşunun müzakirə edilməsindən yorulduğunu söyləyib:

 

"Vücudumla müzakirə olunmaqdan yoruldum. Mən mağazaya gedib, reklam qarşılığında işləmirəm. Nəsə edirəmsə, pulumu verirəm. Nəsə etdirirəmsə, deyirəm, utanmıram. Ayağımda problem var, gizlətmirəm. Başqası deyər ki, mənə çolaq deyərlər, gizlədim. Liposaksiya etmişdim, çənəmdə piy yığıldı. Getdim onu da kəsdirdim. Bunu deyirəm, gizlətmirəm. Müğənnilərin savadı çatmayanda, bədənimi müzakirəyə qoyurlar. Elza Seyidcahanla da bununla başladı məsələ. Qayıtdı ki, getsin, fiqurası ilə məşğul olsun. Bu yaxınlarda ona jest etdim, barışmaq üçün. Oğlu Əkbərin xahişi ilə. Addım atdım, qayıtdı ki, bu kimdir, tanımıram. Elza qarşımda dizin-dizin sürünsə də olmaz. Başına maral taxmaqla deyil, içi boşdur".