adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Sentyabr 2022 11:16
948
ŞOU-BİZNES

Fuad İsmayılovla  keçmiş xanımı Asya Aslanova arasında qalmaqal bitmir

Fuad , influenser Asya Aslanovanın iddialarına  münasibət bildirib. 

Adalet.az  xəbər verir ki, o , ad çəkmədən  Asyanın ünvanına bu sözləri yazıb:

“Bu günə qədər susmuşam. Görürəm ki, bir nəfərin ayağı yer alıb. Özün də bilirsən ki, bəzi şeylər var ki, paylaşsam, gərək ölkədən köçəsən. Ağzımı açdırma. Mənim də bir səbrim var. Elə bil atası evindən səhifə gətirib. Aprelin 24-də səhifənin parolunu dəyişib, məni atdı. İndi də “ataman”lıq  edir. Səhifənin sayəsində maşın aldı. Rəfiqəsinin adına yazdırıb ki, məhkəmədə ondan danışılmasın. Sonra da haqq-ədalətdən və düzgün mülk bölgüsündən danışır. Səhifənin “qaluçka”sını da mən almışam. Həm də ödənişlə.Yalandan yazmışdı ki, sorğu göndərdim , etrəsi gün gəldi.Bu dörd ayda ananla birləşdib mənə qarşı etmədiyin şeylər qalmadı.Bir dəfə də olsun cavab vermədim. Dedim qadındır uşaqlarımın anasıdır.Amma bu dəfə səni məhv edərəm. Elədiklərinin üstün açaram. İnsan içinə çıxa bilməzsən.”

Qeyd edək ki, Asya Aslanova,  boşanma mərhələsində olduğu həyat yoldaşı  Fuad İsmayılovu tikinti şirkəti ilə iləbir olmaqda günahlandırıb.

Əntiqə Kərimzadə