adalet.az header logo
  • Bakı 21°C
08 Dekabr 2022 12:15
301
HADİSƏ

Azərbaycanda daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB

Zaqatala stansiyasından 47 kilometr şimalda daha bir zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 kilometr şimalda, Rusiya ərazisində zəlzələ baş verib.

Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 kilometr şimalda, Rusiya ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

***

Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün baş verən zəlzələ ilə bağlı məlumat yayıb. 

Mərkəzdən bildirilib ki, zəlzələnin episentri Dağıstanda Mahaçqaladan 82 km cənub və cənub-qərbdə yerləşib. 

Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

***

Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.

Adalet.az-ın məlumatına görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ təxminən 40-45 saniyə davam edib.