Güclü geomaqnit qasırğası müşahidə olunur
Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.
Hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3 (güclü-aktiv) səviyyədə olacaq. Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7, sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.
9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik azalacaq.
Digər Xəbərlər
12 Noyabr 2025 10:19
4 ay sonra ata olacaqdı - Təyyarə qəzasında həlak oldu
12 Noyabr 2025 08:52
Təyyarə qəzasında şəhid olan türkiyəli hərbçilərin SİYAHISI
12 Noyabr 2025 08:34
Qəza necə baş verib? - DETALLAR
12 Noyabr 2025 07:56
“Keçən il qolun, ayaqların gəmirmişdi, bu dəfə şah damarın” - VİDEO
12 Noyabr 2025 07:54
İndiyədək baş vermiş ən ağır C-130 qəzaları - SİYAHI
12 Noyabr 2025 07:41
Qəzada həlak olan ekipaj üzvlərinin FOTOSU
12 Noyabr 2025 07:40
Təyyarədəkilər Bakıda paradda iştirak edən F-16 texnikləri olub
11 Noyabr 2025 18:34


Bakı -°C

