adalet.az header logo
  • Bakı 17°C
19 May 2023 14:39
671
ELM VƏ TƏHSİL

Gülnarə İlham: "Jurnalistikada ixtisaslaşma vacibdir"

"Təbii ki, televiziyalar, qəzetlər, saytlar ixtisaslaşmış əməkdaşların yetişdirilməsində maraqlı olmalıdır".

Adalet.az xəbər verir, bu sözləri "Təhsil TV"nin redaktoru Gülnarə İlham səsləndirib.

"Brifinqlərdə jurnalistlərin mövzuya hazırlığı, sualları bir daha göstərir ki, 
. Xüsusilə, təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, idman sahələrində. Çünki bu sahələrdə yazmaq, təhlillər aparmaq, problemləri düzgün və əsaslı qiymətləndirmək sistemli bilik və qaydalara dərindən bələd olmağı tələb edir. Onda jurnalist mövzunu da, deyilənləri də yaxşı anlayar, düzgün analiz edib nəticə çıxarar.

Təbii ki, televiziyalar, qəzetlər, saytlar ixtisaslaşmış əməkdaşların yetişdirilməsində maraqlı olmalıdır. O zaman hər kəs bir-birini düzgün başa düşər. Dədələr demiş, nə şiş yanar, nə kabab".

Emin