adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Yanvar 2023 13:29
640
MƏDƏNİYYƏT

Günay Əfəndiyeva Reza Deqati ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ilə bağlı layihələrini davam edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva Fond tərəfindən 8-9 dekabr 2022-ci il tarixində Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa Günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın gədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Fondun prezidenti Türk Dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ilə bağlı layihələrindən danışıb. Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.