adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2022 14:23
727
İQTİSADİYYAT

GÜNÜN ƏN GÖZƏL XƏBƏRİ

Bir xəbər oxudum ki, unun və çörəyin  qiymətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirib.  
 

Amma xəbəri  iki-üç dəfə oxudum, heç nə anlamadım, «nəzarəti gücləndirib»  deyəndə unun və çörəyin qiymətini   aşağı salıb? Xəbərdə yazılır: «Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə   nəzarətin  həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, Antiinhisar qanunvericiliyinə  riayət  olunmasına dair zəruri tədbirlər  görülür».

Bundan gözəl  xəbər  ola bilər?