adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2022 17:00
527
İDMAN

Haaland “Borussiya” ilə vidalaşdı

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haaland komanda ilə vidalaşıb.

Adalet.az xəbər verir ki, yeni mövsümdən "Manşester Siti"dən çıxış edəcək norveçli futbolçu Tvitter hesabında bunları yazıb:

“Bu formanı geyinmək şərəf idi. “Borussiya”da unudulmaz anlar yaşadım, xüsusi insanlarla tanış oldum. Azarkeşləri demirəm, onlar həmişə meydanda bizim əlavə oyunçumuz olub. “Sarı divar” həqiqətən inanılmazdır. Mən bunu heç vaxt unutmayacam! Hamınıza təşəkkür edirəm!”
 
Qeyd edək ki,, Haaland 2020-ci ilin yanvarından “Borussiya”da çıxış edir. O, bu mövsüm 30 matçda 29 qol vurub və 8 məhsuldar ötürmə edib.