Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.
Adalet.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-i müəyyən edilmişdi.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Digər Xəbərlər
12 Mart 2026 17:15
Baş nazirdən hərbi qeydiyyatla bağlı QƏRAR
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28


Bakı -°C

