adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Yanvar 2022 10:58
397
SAĞLAMLIQ

Həkimdən əhaliyə ÇAĞIRIŞ: “İkiqat maska taxın!” - VİDEO

“Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib.

O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:

“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.