adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2022 12:46
365
MƏMLƏKƏT

Hərbçilərin bir çox problemləri qaydasına düşməyib - Maya Quliyeva yazır

Deməli Vətən müharibəsindən sonra ortaya çıxan bir çox problemlərdən biri də azad edilmiş ərazilərə dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyyəti ilə bağlıdır. Özü də çox ciddi problemdir.

Onlar canları , qanları bahasına Vətəni Azad etdilər . Amma il yarım keçməsinə baxmayaraq hələ də azad etdikləri torpaqlarda xidmət aparan hərbçilərin bir çox problemləri qaydasına düşməyib.

Torpaqar işğaldan azad edildi. İşğalda olan Vətən torpağının azad olunması orada yaşamayan insanlar üçün belə böyük sevinclə qarşılandı . (Artıq kimlər niyə sevindilərsə ... )

Hərbi qulluqçular isə komendant postunda hələ də ciddi çətinliklər yaşayırlar .

İlk vaxtlar minik maşını olan hərbçilər şəxsi maşınları ilə işə keçə bilirdilər. Amma özlərinə bəlli səbəbdən , tez də bu güzəşt ləğv edildi.!!! Buna da çox səbəb gətirmək onlar ... Amma artıq gedən gedib , daşınan daşınıb , gətirən də artıqlaması ilə gətirib deyə mə'lum olanları təkrarlamaqla sizi yormaq istəmirəm .

İstirahət buraxılışından dönərkən xidmət yerinə getmək üçün hərbi qulluqçular saatlarla maşın gözləmələridir. Hətta gecə saatlarında təcili toplanış əmri olduqda gəlib Hərbi Hissəyə də yetişə bilmirlər . Problemin aradan qaldırılması cəmi bircə mərhələdə işlənildi. Hansı ki , ilk günlər olan o keçidlər zamanı çox az sayda hərbi qulluqçuların minik maşını portala salınsa da növbəti mərhələ tamamilə dayandırıldı .

Bu gün sabah , sabah biri gün , deyə-deyə yalançı vədlər verməklə yazıq Hərbiçilərə il yarımdır psixoloji əzab verilir . Bu da hazırda düşmənlə üzbəüz xidmət edən hərbçilərin kütləvi narazılığına səbəb olur .

Bakıda , Qəbələdə , Gəncədə , Qax və digər böyük şəhərlərdə yaşayanlar üçün bənd - bənd yazıram .

- bir hərbçi xidmət etdiyi bölməyə getmək üçün saatlarla komendant postlarında gözləməyə məhkum olur . Halbu ki, öz maşını ilə gedib gələ bilmə şansı var. Ancaq maşınlardan portal tələb olunması buna mane olur.

Məsələyə digər tərəfdən yanaşsaq ağır nəticələr görə bilərik:

- gecə saatlarında Ağdamın ucqar kəndlərində xidmət edən hərbi qulluqçunun ailəsində hər hansısa bir hadisə baş verərsə , o vaxtında evinə çatıb buna müdaxilə edə bilmir;

- hərbi qulluqçu xidmətdən evinə gedəndə ana yola çıxmaq üçün ;

- komendant postundan təxmini rast düşən minik onun xidmət apardığı posta yaxın getməyə bilər ki , bu halda da bəzi yerlərdə 10 kilometrlərlə yolu piyada qət etməlidir ;

- hərbi maşında hər hansısa bir nasazlıq yaransa və ərazidə xəstə , yaralı olsa onu aidiyyatı üzrə təyinat nöqtəsinə aparmaq mümkün olmayacaq və s.

Bir daha vurğulayım ki, bütün bunların başında yuxarıda qeyd etdiyim problem durur. Əgər hərbi qulluqçular üçün bu şərait yaradılsa, oradakı çətinliklərin və narazılıqların demək olar ki, 70% öz həllini tapacaq.

p.s - Yazıq Hərbiçilər bilsələr ki , onların işğaldan azad etdikləri torpaqlara gedən avtobuslarda yer olacaq , heç öz maşınlarını o tə'mirsiz yollarda sürmək eşqinə düşməzlər . Aldıqları maaşla bunun benzinini , təkərləri , xadavoyu , və sairələri nəzərə alsaq , bir kişi ikinci həyat yoldaşı sayılan maşınını o yollara qurban verməz .

Ümid edirəm maraqlanan olacaq.