Hərbçimiz Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirdi - VİDEO

Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.
"Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı"nı hərbi qulluqçumuza Cənubi Koreya Respublikasının milli müdafiə nazirinin vəzifələrini icra edən cənab Kim Seon-ho təqdim edib.
Digər Xəbərlər

Əfv Komissiyasının iclası keçirildi

Ermənistan XİN 37 il əvvəl qətl edilən 26 ermənini "şişirtdi":Yüzlərlə..."

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar - FOTOLAR
