adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Yanvar 2022 23:31
766
HÜQUQ

Hərbçinin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil ol.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.