Hikmət Hacıyev Kəmarudin Cəffərlə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.
“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.
Digər Xəbərlər
23 Aprel 2024 11:52
Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcək
23 Aprel 2024 11:38"İran nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır" - Qüdrət Həsənquliyev
23 Aprel 2024 11:23Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
23 Aprel 2024 11:03Milli Məclisin iclası başladı: Gündəlikdə 18 məsələ var
23 Aprel 2024 10:18