24 Sentyabr 2024 11:36
337
ƏDƏBİYYAT

 HİYLƏGƏR TÜLKÜ - Məhərrəm Şəmkirlidən HEKAYƏ

 Uşaqlar üçün kiçik hekayə

Quşlar da insanlar kimidir,onlar da xoşları gələn yerdə yuva qurubaşqa yaşayırlar.Amma bu insanlardan fərqli olur.Onlar yumurta qoyub, bala çıxardandan sonra balarını pərvazlandırıb başqa məkana gedirlər.Daimi yerləri olmur.    Bəzisi ağacların budaqlarında,bəziləri evlərin eyvanında,bəziləri də kol-kosun arasında yuva qururlar. Sərçəylə Qumuru daaclarda yuva qururlar.Sərçəylə Qumuru qonşuydular,hərəsi bir ağacın budağında yuva qurmuşdular.Hər ikisidə bala çıxarmışdı.Balalr civildəşib analarından yem istəyirdilər.Sərçə hər gün yem dalınca gedir,yaxşı-pis tapıb gətirdiyi yemlə balalarının qarnını doydururdu.Bir gün yem dalınca gedib qaydanda, ağacın dibində bir tülkünün şöngüyüb oturduğunu gördü,dalağı sancdı,bədəni ürpəşdi,qorxdu.Sərçənin gəldiyini görən Tülkü üzünü yuxarı tutub sərçəyə dedi:-Sərçə,nəvaxtdır ki,acam.Acından ölürəm,bir dəri,bir sümük qalmışam.Hər gün balalarından yemək üçün mənə verməsən,ağacı dibindən kəsəcəm,balaların yuvasından yerə tökülüböləcəklər.Blalarının ölməyini istəmirsənsə,tez elə mənim payımı göndər.Səhərdən birtikə də yeməmişəm.

Sərçə Tülküyə üz tutub yalvarmağa başladı:Tülkü lələ,insaf elə,mənə yazığın gəlsin,məni bala qatili eləmə,nə olar.Get,yemini başqa yerdə axtar.

-Yox,heç hara gedəsideyiləm,mənim yemim səndədir,Ver,sənirahat buraxım.

-Tülkü lələ,mənə beş dəqiqə vaxt ver,qonşuya dəyib gəlirəm.Gələn kimi də istədiyini verəcəm.

-Yaxşı,get,tez gəl.mənim vaxtım yoxdur.

Sərçə qanad açıb qonşusu Qumurunun yanına uçdu.Başına  gələnləri ağlaya-ağlaya ona nəql elədi.Qumuru acı-acı sərçəyə güldü:

-Sərçə qardaş,düz deyiblər ki,sərçənin ağlıolmur.Ay evin tiksin, Tülkünün mişarı yox,baltası yox.Ağacı nəylə kəsəcək,hə? O sənin küt beynindən istifadəedir.Get,rahatca balalarını böyüt,heç kimdən qoxub eləmə.Sərçə sevinə-sevinə balalarının yanına qayıtdı və ağacın dibində şöngüyüb onu gözləyən Tülküyə:-Mən sənə balamı vermərəm,nə istəyirsən elə.Qərarım qətidir.Tülkü sərçənin bu cəsarətindən əsəbləşib ağacı var gücüylə sikələməyə başladı,amma ağacın gövdəsi böyük olduğundan heç yarpağı da tərpənmədi.Tülkü deyinə-deyinə quyruğunu qısıb ordan uzaqlaşdı.Kələyi baş tutmadı.