adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 07:59
70
DÜNYA
A- A+

Hizbullah meydan oxudu: Silahları yerə qoymayacağıq

ABŞ İsrail vasitəsilə Livan müqavimətinə son qoymaq istəyir. Hizbullah cihad, namus, Livanın qüruru və Fələstinə dəstək prinsipləri üzərində qurulub.

Adalet.az xəbər verir ki, bunu Hizbullahın baş katibi Naim Qasım deyib.

“ABŞ və İsrail Livanın gələcəyinə müdaxilə edir və onların hərbi, siyasi və iqtisadi mövqeyini diktə edir. Biz silahlarımızı yerə qoymayacağıq, çünki məhz bu silahlar bizə İsraillə atəşkəs əldə etməyə imkan verdi", - Qasım qeyd edib.