adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2022 12:49
784
ŞOU-BİZNES

Hollivudda qeyri-adi sövdələşmə: Brüs Uillis rəqəmsal əkizinin hüquqlarını satdı

Ötən aylarda aktyorluğu tərk etməsinə səbəb olan afazi xəstəliyi ilə gündəmə gələn Brüs Uillis yeni layihələrdə iştirakını təmin edəcək maraqlı bir müqavilə imzalayıb. Məşhur aktyor digital əkizinin hüquqlarını ABŞ-da yerləşən deepfakes üzrə ixtisaslaşmış Deepcake firmasına satıb.

Uillis keçən il reklamlar üçün deepfake imici hüquqlarını lisenziyalaşdıran ilk aktyor oldu və deepfake texnologiyası sayəsində Rusiya reklamlarında iştirak etdi. Aktyor reklamda yalnız üzünün rəqəmsal olaraq başqa rəssama köçürülməsinə icazə verib.

Məşhur ulduz reklam çarxına çəkildikdən sonra bunları da deyib:

“Xarakterimdəki həssaslığı bəyəndim. Keçmişə qayıtmaq mənim üçün əla fürsətdir. Müasir texnologiyanın inkişafı ilə başqa qitədə belə ünsiyyət qura, işləyə və çəkilişlərdə iştirak edə bildim. Bu mənim üçün tamamilə yeni və maraqlı təcrübədir”.

 

Eminquey