İcra başçısı müavinləri ilə bağlı yeni qayda müəyyənləşir

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
01 Noyabr 2025 18:00 Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub
01 Noyabr 2025 17:38 Sahibə Qafarova Misirə səfərə getdi
01 Noyabr 2025 11:53 İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
01 Noyabr 2025 09:26 

Bakı -°C 










