adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Avqust 2022 12:00
330
DÜNYA

İdeal həyat – Uğur Dündar yazır

Dahi fizik Albert Eynşteyn 1922-ci ildə akademik tədqiqatlar üçün Yaponiyaya gedir.

Orada 1921-ci ildə Fizika üzrə Nobel Mükafatını qazandığını öyrənir.

Bu xəbəri aldığı gün o, qaldığı “İmperial” otelində ona xidmət edən işçiyə pul vermək istəsə də, Yaponiyada bəxşiş mədəniyyəti olmadığına görə bəxşişi bəzən alçaltmaq, təhqir etmək kimi başa düşürdülər.

“Mən sizinlə Nobel sevincimi bölüşmək istəyirəm, amma bəxşişi qəbul etmirsiniz, ona görə də icazə verin, sizinlə bir xatirəm olsun”- deyiən Eynşteyn otel otağında masanın arxasına keçir və bir qeyd yazır.

Qeydi yazandan sonra imzalayır və “xahiş edirəm bunu saxlayın” deyir.

Yapon işçi bu qeydi ömrünün sonuna qədər saxlayır.

Ölümündən sonra qardaşı oğlu olduğu iddia edilən şəxs 2017-ci ildə Qüdsdəki Winners Auction House-da bu qeydi hərraca çıxarır.

Eynşteynin imzası olan qeydi 1 milyon 560 min dollara satılır.

Eynşteyn qeyd vərəqində yazmışdı:

“Təvazökar bir həyat, uğur axtarışından qaynaqlanan narahat bir həyatdan daha çox xoşbəxtlik gətirir!"

Bu cümləni həqiqətən dərk etməyin dəyəri bu puldan çoxdur!

Xoşbəxtliyin dalınca qaçaraq xoşbəxt ola bilməzsən. Xoşbəxtlik axtarılmır, anında yaşanır. Bəzən xoşbəxtliyin xatirəsi belə xoşbəxtlik bəxş etməz!..

Bəlkə yaxşı döşək ala bilərsən, amma başını yastığa qoyan kimi dinc və sağlam yuxu ala bilməzsən!..

Bəlkə çox bahalı villaya, hətta malikanəyə sahib ola bilərsiniz, amma pulla xoşbəxt bir yuva qura bilməzsiniz!.

Mark Tvenin dediyi kimi:

“Yaxşı dostlar, yaxşı kitablar, başınız yastığa dəyəndə sizi yuxuya aparan daxili rahatlıq və heç əksik olmayan bir vicdan... Budur ideal heyat!”

 

Dilimizə uyğunlaşdıran: Eminquey