adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Yanvar 2023 11:39
374
GÜNDƏM

“İgidlər oylağı”ndan “həddini aşanlara” qarşı bir səs çıxmadı, axııı..

İran dövlət olan gündən Şimali Azərbaycana qarşı qərəzdən, təhdid və hədələrdən əl çəkmədi. Yadınızdadırsa,İranın son günlər ətrafındakı qonşuları hədələməsi , təhdid etməsi “qırmızı xətti”ə yaxınlaşırdı. “Qırmızı xətti” keçməsi isə diplomatımız Orxan Əsgərovun İran xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilməsi oldu.


Azərbaycan şəhid oğluna ağlayarkən, İrandan ard-arda gələn xəbərlər yaralarımıza su səpdi. İran Müdafiə Nazirliyi İsfahandakı sursat fabrikinə dron hücumunu təsdiqlədi. Bldirildi ki, yanvarın 28-də saat 23:30 radələrində Müdafiə Nazirliyinin mərkəzlərindən birinə dronlardan istifadə etməklə hucum həyata keçirilib.


SEPAH-ın Suriyada yerləşən qərargahına zərbələr endirildi. Həmçinin bu qərargaha təchizat daşıyan 25 yük maşınından ibarət karvanının da vurulduğunu bildirildi.
Hətta sosial şəbəkələrdə paylaşılan videolarda İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində dəhşətli partlayışların baş verdiyi yayıldı.Ehtimal edilir ki, bu, növbəti dron hücumunun nəticəsidir.
Yeri gəlmişkən, MOSSAD-ın gözəgörünməz dronlarına hədəf olan İsfahan şəhəri İranın raket sənayesinin mərkəzidir və orada israili vura bilən orta mənzilli “Şabah” raketləri yerləşir. İsfahan şəhəri Tehrandan təxminən 330 kilometr cənubda yerləşir.
Yeri gəlmişkən yadınızdadırsa İranın “Səhər Azəri” kanalı İran ordusu ilə bağlı klip yayımlamışdı.


Klipdə həm Azərbaycan, həm də İsrail təhdid edilirdi:“İsrail, gözlərini aç və bunu bil! Bura İrandır, igidlər oylağıdır. Müharibədə fırtına kimidir. Həddini aşma, öz əlinlə öz qəbrini qazma. İran elan edir, bunu bilsin Azərbaycan!”, - mahnının sözlərində qeyd olunmuşdu.
O “igidlər oylağı”ndan nə əcəb “ bir “hıqq” eliyib, İsrailə gözün üstə qaşın var deyən olmadı.


Deyəsən elə həddini aşan da İran oldu, qəbrini qazanda...

 Əntiqə Rəşid