İlham Əliyev bu Sazişi təsdiqlədi
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiqlənib.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanıb.
Fərmanla Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50