adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Yanvar 2023 21:10
1024
ELM VƏ TƏHSİL

İmişlidə məktəbdə ayaqyolu olmaması ilə bağlı yeni AÇIQLAMA - VİDEO

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yeni açıqlama verib.

İdarədən Adalet.az-a bildirilib ki, qeyd edilən məktəbdə üç sanitar qovşağı var:

"Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".