adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2021 11:15
900
HADİSƏ

İndoneziyada vulkan püskürdü - 27 ölü

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.

Adalet.az xəbər verir ki, dekabrın 5-i baş verən püskürmə nəticəsində daha 20 nəfər itkin düşüb. 

Ölkənin rəsmi qurumlarının verdiyi məlumata görə, təbii fəlakət səbəbindən 69 nəfər ciddi yaralar, təqribən 100 nəfər isə yüngül travmalar alıb.

Qeyd edək ki, Semeru vulkanı Yava adasında ən yüksək zirvədir və İndoneziya ərazisində 130-a yaxın aktiv olan vulkanın sırasına daxildir.