adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2023 15:13
539
GÜNDƏM

İran əmin etdi: Qisasımızı alacağıq! 

Xəbər verdiyimiz kimi, İran istehsalı PUA-lar (Şahid-136 və Mühacir-6 pilotsuz təyyarələri) Rusiyaya veriləndən sonra Ukraynada dinc insanlar bu silahların zərbəsindən kütləvi şəkildə məhv edildi. Dekabrın 24-də Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İranın dron zavodlarına zərbə endirməyə çağırmışdı.

O, bəyan etmişdi ki, İran Rusiyaya raket və PUA-ların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Çağırışdan 1 ay ötəndən sonra-yanvarın 29-na keçən gecə naməlum PUA-lar İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum etdi. Daha sonra Azərşəhr şəhərində fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Tehran hücumlarda və hərbi əməliyyatlarda rəsmi olaraq İsraili günahlandırıb.


Adalet.az xəbər verir ki, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini məsələ ilə bağlı açıqlama yayıb. Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacağını bəyan edən Meşkini “onlar çox qorxurlar. Çünki biz heç kimlə zarafat etmirik” deyib.


İran rəsmisi Podolyakın Kiyevin hücumda iştirakı ilə bağlı eyhamını da şərh edib: “Onlar gözlənilməz heç nə deməyiblər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün sürpriz deyil”, - o deyib.
Qeyd edək ki,İsrail İranın İsfahan şəhərində silah zavoduna PUA-larla hava hücumu həyata keçirib. SEPAH-ın Suriyada yerləşən qərargahına zərbələr endirildi. Həmçinin bu qərargaha təchizat daşıyan 25 yük maşınından ibarət karvanının da vurulduğunu bildirildi.
Hətta sosial şəbəkələrdə paylaşılan videolarda İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində dəhşətli partlayışların baş verdiyi yayıldı.


P.S. Ötən il İranın dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görmüşdü. İndi kimin imkanı varsa, Amilidən soruşsun ki, bilmirsiniz, İsrail o “quyruğu” qoparıb hansı dəliyinizə yerləşdirib? Bilənlər, bilməyənlərə məlumat ötürsün ki, “quyruğu” tapaq. 

Əntiqə Rəşid