adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Sentyabr 2022 23:21
322
DÜNYA

İran İraqa zərbələr endirdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.