İran Prezidenti Azərbaycan səfirliyində törədilən terroru qınadı, xüsusi göstəriş verdi
İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.
Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:
“Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
Digər Xəbərlər
25 Aprel 2024 10:20
Türkiyədə İŞİD üzvləri saxlanıldı
25 Aprel 2024 09:36Kreml NATO-ya xəbərdarlıq edib
24 Aprel 2024 20:46Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdı
24 Aprel 2024 15:44Ərdoğan Almaniya Prezidenti ilə görüşdü
24 Aprel 2024 15:27