adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Yanvar 2022 11:34
361
HADİSƏ

İranda zəncirvari qəza: 4 ölü, 27 yaralı

Bu gün səhər saatlarında İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Behbəhan-Əhvaz yolunda baş verən ağır qəza nəticəsində 4 nəfər ölüb, 27 nəfər yaralanıb.

Adalet.az-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, qəza 20-30 avtomobilin iştirakı ilə baş verib. Nəticədə 4 avtomobil yanıb.

Faktla bağlı araşdırma aparılır.