adalet.az header logo
  • Bakı 11°C
17 Yanvar 2022 16:49
285
MƏMLƏKƏT

“İrəli” 2022-ci ilin ilk təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci ilin ilk təcrübə proqramını elan edir.

Təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun İnsan resursları, Mətbuat, Sosial iş, Beynəlxalq əlaqələr və Layihələrlə iş katiblikləri üzrə müraciət edə bilərlər. Proqrama seçilən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

 

Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 18 yanvar 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyat və ətraflı məlumat üçün gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3HXgSAH