adalet.az header logo
  • Bakı 20°C
17 Yanvar 2023 13:34
478
İQTİSADİYYAT

İşğaldan azad edilən ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.

Adalet.az-ın məlumatına görə, Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, Söyüdlü qızıl yatağında 112,5 ton resurs olub.

O qeyd edib ki, Vejnəlidə 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, Dəmirli yatağında 457 min ton mis, Qızılbulaq yatağında 13,7 ton qızıl olub:

“Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb”.