adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Avqust 2022 09:12
324
DÜNYA

İŞİD-in Suriyadakı rəhbəri məhv edildi

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.

Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib.