adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Yanvar 2022 09:15
502
MƏMLƏKƏT

İsmayıllıda qanunsuz ov edən şəxs saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib.
Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi , həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.