adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2022 18:34
327
DÜNYA

İsrail Nazirlər Kabineti Türkiyəyə səfir təyinatını təsdiqlədi - FOTO

İsrail hökuməti İrit Lillianın yəhudi dövlətinin Türkiyədəki səfiri təyin edilməsinə razılıq verib.

Bu barədə bazar günü İsrailin baş naziri Yair Lapid özünün “Twitter” səhifəsində məlumat verib.

“Bu, bir il ərzində üzərində çalışdığımız İsrail və Türkiyə arasında diplomatik münasibətlərin bərpası istiqamətində daha bir mühüm addımdır”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Lillian 2021-ci ilin fevralından İsrailin Türkiyədə müvəqqəti işlər vəkili vəzifəsində çalışır.