14 Dekabr 2024 21:13
94
DÜNYA

İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirib

İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.

İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.

Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.

“HƏMAS beynəlxalq hüququ pozaraq, mülki və humanitar infrastrukturdan terror məqsədləri üçün istifadə etməkdə davam edir”, - Ordunun məlumatında deyilir.