adalet.az header logo
  • Bakı 13°C
19 Dekabr 2022 12:15
1786
MÜSAHİBƏ

"Bu, aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyinin sübutudur" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Adalet.az   hazırda aksiyada iştirak edən jurnalist Elgün Gəncimsoyla əlaqə yaradaraq vəziyyətlə bağlı açıqlama alıb.

- Elgün,  bilirəm ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır... Daha nə yenilik var orda...?

- Ekoloqların başlatdığı dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var. Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirərək tələblərində israrlı olduqlarını bəyan ediblər. Mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirən dinc aksiya iştirakçıları tələblərinin yerinə yetirilməsə buradan çəkilməyəcəklərini bildirirlər”.


- Elgün, belə başa düşdük ki, ilk gündəki kimi, etirazçılar sonuna qədər gedəcəklər... Yaxşı bəs, orada daha nələr olur?


- Mitinqdə fəal iştirakçı kimi iştirak edən biri kimi bilirsən ki, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları hələ ilk gündən Qarabağın dinc erməni əhalisinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər. Bu gün aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət etdilər. Baxmayaraq ki, ermənilər dünyaya yalan məlumat verməkdə davam edirlər, amma aksiyaçılar köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər. Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir.


- Onsuzda, hər gün o yolda Rusiya sülhməramlıları maneəsiz hərəkət edir...


- Bəli, dünən -18 dekabrda Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçdi. Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılır. Bu gün də keçdi...


- Ətraflı məlumata görə,  çox sağ olun, əziz həmkar! İşiniz irəli!


Əntiqə Rəşid