adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Yanvar 2023 19:46
520
İDMAN

Kadi “Krasnodar”la müqavilə imzaladı 

Rusiya "Krasnodar"ı "Qarabağ"dan transfer etdiyi Kadi Borgesin keçidini rəsmən açıqlayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Kadi komandada 20 nömrəli formanı geyinəcək.

Borges bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 8 qol vurub və 11 qolun ötürməsini verib. Qeyri-rəsmi məlumatlara görə, Ağdam təmsilçisi bu keçidə görə 5 milyon avro qazanacaq.