adalet.az header logo
  • Bakı 20°C
07 Yanvar 2023 17:29
1029
ELM VƏ TƏHSİL

Kamran Əsədov: Qanunvericilik aktlarına hörmət etmirlər

Hörmətli Mikayıl Cabbarovun Təhsil naziri olduğu müddətdə təhsil sistemində müsbət islahatlarını heç kim inkar edə bilməz.

Hər kəs Mikayıl müəllimin təhsilə rəhbərliyi dövründə vəzifə təyinatlarında sosial lift faktorunu, təhsildə əlçatanlılığının təmin olunmasını görüb.

Mikayıl müəllimin yüzlərlə yeni dəyişikliklərindən biri də tələbələrin köçürülməsi ilə bağlı idi.

Hətta bununla bağlı 15 noyabr 2017-ci ildə nazirliyin kollegiyası qaydaları da müəyyən edib.

Məqsəd məmur, insan faktorunu köçürülmə prosesindən kənarda saxlamaq, tələbələrin təhsil alma hüququnu təmin etmək idi.

Mikayıl müəllimin təhsil naziri olduğu dövrdə minlərlə tələbə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilib.

Çünki bunu həm də qüvvədə olan qanunvericilik aktları tələb edirdi.

Minlərlə tələbə var ki, ixtisas seçimi zamanı yanlışlıqlara istəmədiyi ixtisas və ya universitetə qəbul olub, və ya ailə vəziyyətini dəyişib. Onlar fevral ayını gözləyirdilər ki, mövcud problemlərini həll etsinlər.

İndi isə Elm və Təhsil Nazirliyi heç bir əsas olmadan, hətta buna əsas belə gətirmək olmaz, çünki qanunvericilik aktlarını nöqtə-vergülünə qədər yerinə yetirmək onların vəzifə borcudur.

Qüvvədə olan qanunvericilik aktlarına hörmət etmək lazımdır.

Yox əgər işin öhtəsindən gələ bilmirsinizsə, onun həlli yolu çox sadə və açıqdır.

Mən düşünürəm ki, bəzi özəl universitetlər köçürülmə zamanı tələbə itirirdilər, ona görə də şəxsi münasibətlər zəminində Elm və Təhsil Nazirliyinə deyiblər, onlar da fevral ayında köçürülməni qanunsuz olaraq təxirə salıblar.

Azərbaycan Ali təhsili 2005-ci ildən Boloniya prosesinə qoşulub.

Məhz Boloniyanın tələblərindən biri də tələbələrin köçürülməsi ilə bağlı qış və yay aylarında bunun həyata keçirilməsidir.

Bunlar nə yerli qanunvericilik aktlarını, nə də qoşulduğumuz beynəlxalq konvensiyaların tələbələrini yerinə yetirərlər.

Qısası, həm iş bacarmırlar, həm də qanunvericilik aktlarına hörmət etmirlər.