adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Yanvar 2022 11:50
581
HADİSƏ

“Kapitalı”  Vikram Ruzaxunov yazmayıbbmış

Qırğızıstandan Almatıya konsert proqramı ilə çıxış etməyə gəlmiş məşhur cazmen Vikram Ruzaxunovu tutublar və eşşək sudan gələnə qədər döyüblər, Qazaxıstanda da eşşək sudan gec gəlir özü də indiki basabas vaxtında,  deyiblər “Kapital”ı sən yazmısan.

 

O da şillə-təpiyin altında boynuna alıb ki, nəinki “Kapital”ı yazıb hələ üstəlik “Kommunist monifestin”də o yazıb, “nə etməli”ni də o yazıb, hələ üstəlik 200 dillarda buna görə qonorar alıb və Qazaxıstanı dağıdacaqmış. Bir sözlə Tokayevin dediyi 20 min terrorçudan biridir.

 

Amma sonra Qırğızıstan Qazaxıstana nota verib ki, o mənim məşhur cazmenimdir və gətir “Quran”a əl basaq ki, “Kapital”ı o yazmayıb.

 

Bundan sonra bu bədbəxt oğlu bədbəxti buraxıblar.

 

İndi Qazaxıstanda 19 min 999 terrorçu qalıb, onların da 3-ü uşaq olmaqla 162-sini öldürüblər(ilkin məlumata görə) 6 min nəfərini də tutublar.

 

İndi 6 min nəfərin yəqin ki, hamısı “Kapital” ı yazdığını boynuna alacaq.