adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Yanvar 2022 14:23
1020
İDMAN

Kapitanlıq niyə Ronaldoya verildi? - Açıqlama

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik kapitanlığı Kriştiano Ronaldoya verməsinin səbəbini açıqlayıb.

Daha əvvəl bu status hazırda zədəli olan Qarri Maquayra məxsus idi.

Adalet.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi bildirib: "Ronaldo hazırda heyətdə olan futbolçular arasında ən təcrübəlisidir. O, hamıdan daha artıq "Mançester Yunayted"də oynayıb. Düzü, kapitanlıq məsələsində mən Ronaldo və de Xea arasında seçim etməli idim. Yekunda meydan oyunçusunun kapitan olması üzərində dayandım və Ronaldonu seçdim".(Qol.az)