adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2022 11:19
679
MARAQLI

Keçmiş baş nazir: "Pianonun dillərini idarə etmək xalqı idarə etməkdən asan imiş..."

20 - ci əsrin əvvəllərində Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş Paderevskinin bir tələbə ilə qısa dialoqu olduqca maraqlıdır. Həmin şəxs vaxtilə Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri olub.

Daha sonralar Paderevski siyasətlə məşğul olmağa başlayır. Tale elə gətirir ki, o bir gün Polşanın baş naziri seçilir. Paderevski bir dəfə baş nazir kimi Fransada səfərdə olarkən Paris universitetinin musiqi fakültəsində təhsil alan bir gənc ona yaxınlaşıb deyir:

— Siz o məşhur pianoçu, bəstəkar Paderevski deyilsinizmi?
Paderevski cavab verir:
— Bəli, o mənəm.
— Bəs indi?
— İndi də Polşanın baş naziriyəm.
Gənc kinayə ilə:
— Eləmi? Təəssüf… Nə çox geri getmisiniz… — deyir.

Baş nazir Paderevski o gəncin sözlərini ömrü boyu özünə dərd edir. Bir gün xalqın qarşısında çıxışı zamanı isə bunları deyir:

— Pianonun dillərini idarə etmək xalqı idarə etməkdən daha çətin imiş. Baş nazir olanda çay olmayan yerə körpü tikəcəyinizi vəd edirsən, xalq buna inanır. Xalqı aldadaraq dövləti idarə edə bilirsən. Amma 7 oktavalı bir pianoda Fa dilinə basaraq Do kimi qəbul etdirə bilməzsən.

Notlar sizi gerçəyə, yalnız, gerçəyə, riyazi ölçüyə, nizama, harmoniyaya, melodiyaya doğru aparır. O səsi verə bilmək üçün doğru dilə basmağa məcbur edir. Əsil musiqi insanı saxtalıqdan, yalanlardan uzaq bir aləmə aparır...

Hazırladı : Bünyamin Bünyadzadə