adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2023 20:28
641
MƏDƏNİYYƏT

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.

“Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert zalından götürüləcək”, - Burçuladze “Mtavari Arkhi” telekanalının efirində bildirib.

Xatırladaq ki, bazar günü Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da aktyorun həyat yoldaşı və anasının dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında dəfn ediləcəyini qeyd edib.