adalet.az header logo
  • Bakı 17°C
17 May 2023 16:00
682
ELM VƏ TƏHSİL

Lahıcdan ABŞ-a yol alan azərbaycanlı tələbə

Azərbaycanlı tələbə ABŞ-da tədqiqat və təhsil üzrə professor köməkçisi kimi çalışacaq.

Adalet.az xəbər verir ki, Vahab Cəbrayılov Lahıcda doğulub. 2015-ci ildə Respublika Fənn Olimpiadalarının Riyaziyyat üzrə qalibi olan Vahab 2017-ci ildə Lahıc qəsəbə tam orta məktəbini qızıl medalla bitirib.

700 bal toplayaraq Bakı Ali Neft Məktəbini seçib, Prezident təqaüdünə layiq görülüb, Daha sonra Türkiyənin Orta Doğu Texnik Universitetində təhsilini davam etdirib. Təhsil illərində adı Yüksək Şərəf listəsində olub. ODTÜ-nü ortalama 3.8 balla bitirib (maksimal 4 bal üzərindən).

Vahab ABŞ-ın Kolumbiya Universitetinin (dünya reytinqinin 22-cisi) doktorantura pilləsinə tam təqaüdlə qəbul alıb. İllik təqaüd məbləği 110.000 ABŞ dolları.
O, həm də ABŞ-da tədqiqat və təhsil üzrə professor köməkçisi kimi çalışacaq.

Vahab Google şirkətində təcrübə keçmiş, nüfuzlu beynəlxalq elmi konfransda səslənmiş 2 elmi məqalənin həmmüəllifidir.

Emin