27 Sentyabr 2024 22:07
66
DÜNYA

Lavrov suriyalı həmkarı ilə müzakirə apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Suriyanın xarici işlər naziri Bassam Sabbaq Qəzzada davam edən gərginlik və Livanda vəziyyətin pisləşməsi fonunda Yaxın Şərq regionunda mövcud vəziyyəti müzakirə ediblər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı Suriya və onun ətrafındakı vəziyyət ətraflı müzakirə olunub”, - məlumatda deyilir.