adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Oktyabr 2021 11:11
3389
MÜSAHİBƏ

“İnsanlar elə düşünür ki, şəhər onlar üçün yeganə çıxış yoludur”- MÜSAHİBƏ

“Danışır müəllim!”

 

Həmsöhbətimiz Laçın rayon H.Həsənov adına Mişni kənd tam orta məktəbininin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Gülnar İsmayılovadır.

-Bir müddət kənd müəllimliyi etmisiniz. Bir qız üçün bu elə də çətin olmadı ?

-Düzünü desəm, Daşkəsənin ucqar bir kəndində çətinliklər əlbəttə ki, var. Bakıdan 500-600 km məsafədə , dağ yolu olan bir kənd idi. Kənddə olduğum müddətdə dərslər, məktəbdən əlavə çörək bişirir, paltarı əldə yuyur, bulaqdan su gətirir, odun daşıyır, ocaq qalayırdım.

-Kənd müəllimliyinin nə qədər romantikasından danışsaq da bir müddət sonra həmin müəllimlər şəhərə gəlməyə çalışır. Bunun əsas səbəbləri nələrdir?

 

-Bir çox insanlar elə düşünür ki, şəhər onlar üçün yeganə çıxış yoludur. Şəhərə gəlməklə xoşbəxt olacaq, məmnun hiss edəcəklər. Məndə isə tamamilə başqa bir səbəb var idi.

 

-Hansı maraqlı hadisələrlə rastlaşdınız orada?

-Hər bir məktəbim demək olar ki, həqiqətən də mənə məktəb oldu. O kəndlərdən, o məktəblərdən, insanlarından çox şey öyrəndim. Bəlkə də qalaq-qalaq kitablar yaşadıqlarımı, gördüklərimi əvəz edə bilməzdi. İlk dəfə məktəbə gedəndə mənə "müəllim" deyilməsinə təəccüblənmişdim.

 

-Adətən kənddə müəllim kimi çalışanlar şəhərdən fərqli olaraq kənd adamların daha çox mehribanlıq, doğmalıq göstərdiyindən danışır. Həmçinin şagirdlərin də müəyyən qədər fərqləndiyini.

-Bəli tam da elə idi. Mehriban, mədəni , ağıllı uşaqlar çox idi. Bəzi maddi imkanı az olan şagirdlərlə dərsdən sonra ödənişsiz şəkildə dərslər də keçirdik. Onlarla maraqlı idi.

 

Şagirdlərlə münasibətimiz ana-bala,tələbkar müəllim, dost (bəzən mentor) üçbucağı aralığındadır

 

-Bir müddət dövlət tərəfindən İsraildə təlimlərə cəlb olunmusunuz. İsrail təlimləri müəllim kimi sizə nələr qazandırdı? Təhsil prosesində hansı köməkliyi keçir?

-İsrail təlimləri :Avropa təcrübəsi,fərqli müəllim ,təhsil mühiti,STEAM metodologiyası və saymaqla bitməyən təcrübələr qazandırdı.

 

-Şagirdlərinizdən danışardınız. Sizə müsanibətləri necədir? Müasir Azərbaycan ədəbiyyatını onlara necə sevdirirsiniz?

-Şagirdlərlə münasibətimiz ana-bala,tələbkar müəllim, dost (bəzən mentor) üçbucağı aralığındadır. Hər şagird ədəbiyyatı və ya riyaziyyatı sevməlidir deyə bir şey yoxdur fikrimcə. Amma bacardığım qədər onlara ədəbiyyatın necə həyatımıza yön verdiyini ,fikirlərimizin formalaşmasına yardımçı olduğunu,nitqimizə, şəxsi inkişafımıza töhfə verməyə qadir olduğunu aşılamağa çalışıram. Onlardan bəziləri əvvəl-əvvəl məcburiyyətindən oxuyurdularsa ,sonradan bu vərdişə və bacarığa çevrilir zamanla.

 

-Dövlət İmtahan Mərkəzində "Marker müəllim" statusunuz var. Nədir bu "Marker müəllim"? Digər müəllimlərdən fərqi nədir?

-"Marker müəllim" DİM- də meyarlar üzrə qiymətləndirməni həyata keçirən müəllimdir. Yoxlama prosesini yalnız Marker müəllimlər həyata keçirə bilər.

 

-Bu arada Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmusunuz. Bu haqda danışardınız?

-Bu il ilk dəfə qrant müsabiqəsinə layihə yazmağı qərara aldım. İl boyu qoşulduğum təlimlərdən öyrənməyə, faydalanmağa çalışdım."Gənclərin Uğurlu Karyera Yolu" layihəsi haqqında onu deyə bilərəm ki, çox faydalı, yararlı bir layihədir şagirdlər üçün. Onların düzgün karyera seçimində , uyğun ixtisas seçimində, özlərini daha yaxşı tanımalarında bu layihənin rolu olacaq.

 

-Sizcə bu layihələr nələr qazandırır təhsil prosesinə?

- Layihələr təhsilə yeni nəfəs,yeni fikirlər,yeni metodlar,pilot layihələr ,saymaqla bitməyən təcrübələr qazandırır.

 

-Bəzən bir çoxları sadəcə tərcümeyi-halını zənginləşdirmək üçün qalib olmaq istəyir. Və ya sadəcə formal xarakterli keçirir. Sadəcə kimsənin tanımadığı 3-4-cü dərəcəli saytlarda bu haqda informasiyalar verməklə kifayətlənirlər.

-Mənim üçün həyatda əsas təcrübədir. Öyrənim ki, daha yaxşı öyrədə bilim.Təcrübəm artsın ki, daha çox fayda verə bilim. Dəyərlər sıralamasında faydalılıq öndə gəlir. Əsas prinsip , məqsəd və başlıca fikir təhsil adına faydalı olmaq, dəyərlər , şəxsiyyətlər yetişdirməkdir.

 

Söhbətləşdi: Emin Piri