adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Oktyabr 2022 17:22
361
DÜNYA

Lukaşenko Putinə traktor hədiyyə etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə “Belarus” markalı traktor hədiyyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lukaşenko Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib. 

Lukaşenkonun sözlərinə görə, traktoru Rusiya prezidentinin yubileyinə hədiyyə gətirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də 70 yaşını qeyd edir.