adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 09:54
73
DÜNYA
A- A+

Lukoylun aktivləri uğrunda mübarizə başlayır

Blombergin məlumatlarına görə, ABŞ prezidenti Donald Trampın Rusiyanın iki iri şirkətinə qarşı tədbiq etdiyi sanksiyslardan sonra, Lukoyl şirkətinin Avropadakı aktivlərini əldə etmək üçün Avropa və Yacın Şərq ölkələri mübarizəyə başlayırlar.

Bildirilir ki, Bolqariya artıq Ştatların maliyə nazirliyi ilə, Burqasda yerləşən neftayırma zavoduna tam nəzarəti öz üzərinə götürülməsinə razılıq verilməsiylə bağlı danışıqlar aparır.

 "Lukoylun" aktivlərinin ələ keçirilməsi üçün əsl dava başlayıb"- deyə agentliyin yaydığı materialda bildirilir.

 Bundan başqa, Moldova "Lukoylla" , hava limanını yanacaqla təmin edən anbardakı yanacağın alınması məsələsini müzakirə edir.

 Rumıniya isə, ümumiyyətlə "Lukoylun" bu ölkənin Ploeştidə yerləşən neftayırma zavodunun aktuvlərinin alınmasına çalışır.

 Beləliklə, görünən odur ki, Tramp hissə-hissə dünya bazarının qapılarını   Putinin üzünə bağlamağı qarşısına məqsəd qoyur...

 Rüstəm Hacıyev