adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2022 09:51
846
İDMAN

Makrondan Mbappe ilə bağlı AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron fransalı hücumçu Kilian Mbappenin Parisdə qalmaq və PSJ ilə yeni müqavilə imzalamaq qərarına münasibət bildirib.

Adalet.az "RMC Sport"a istinadən xəbər verir ki, E.Makron futbolçu gələcəyi ilə bağlı qərar verərkən onunla danışıb və ona Paris klubu ilə yeni müqavilə imzalamağı məsləhət görmüşdü.

"Kilian Mbappe ilə danışa bildim, amma o, vicdanla seçimini edir. O, bunu göstərdi, o, çox yetkindir, karyerasını böyük məsuliyyət hissi ilə qurur", - deyə E.Makron bildirib.

Xatırladaq ki, fransalı hücumçu Kilian Mbappe Parisin PSJ klubu ilə müqaviləsini 2024-cü ilə qədər uzadıb.